Dəniz ekologiyası
Dəniz ekologiyası - ekologiyanın dənizləri öyrənən sahəsi.
== Dəniz çirklənməsi ==
Dəniz çirklənməsinin müxtəlif tərifləri var. Olduqca əhatəli elmi bir dəniz çirklənməsi tərifi 1970-ci ildə BMT tərəfindən reallaşdırılan ətraf çirklənməsi ilə əlaqədar konfransda verilmişdir. Bu tərifə görə dəniz çirklənməsi dəniz mühitinə və bioloji qaynaqlara zərər verəcək, insan sağlamlığına təhlükə yaradacaq, su məhsulları istehsalını da ehtiva edən dənizdən iqtisadi faydalanma imkanlarını məhdudlaşdıracaq və dənizin istirahət məqsədi ilə istifadə edilməsinə suyun keyfiyyətini pozaraq maneə yaradacaq şəkildə insanlar tərəfindən birbaşa və ya dolayı yollarla maddə və enerji buraxılması hadisəsidir. Başqa bir əhəmiyyətli dəniz çirklənməsi tərifi isə 2872 saylı Ətraf Mühit Qanununa əsaslanaraq Su Çirklənməsinə Nəzarət İdarəsi tərəfindən verilən tərifdir.
"Dəniz çirklənməsi- dəniz qaynaqlarının kimyəvi, fiziki, bakteriyoloji, radyoaktif və ekoloji xüsusiyyətlərinin mənfi istiqamətdə dəyişməsi formasında müşahidə edilən və birbaşa ya da bilavasitə olaraq bioloji qaynaqlarda, insan sağlamlığında, balıqçılıqda, dəniz suyunun keyfiyyətində və dəniz suyunun digər məqsədlərlə istifadə edilməsində maneə törədici pozulmalar yaradacaq maddə və ya enerji tullantılarının boşaldılmasıdır."
Dənizlərdə canlı həyatının kəmiyyətcə və növcə get-gedə azalması, şəhər, sənaye və əkinçilik tullantılarından qaynaqlanan dəniz çirkliliyinin artması sahil qurulaşmalarının genişlənməsi və həddindən artıq çox ovlanmanın əhəmiyyətli nəticəsidir. Müxtəlif yollardan meydana gələn dəniz çirkliliyi təbii qaynaqların davamlılığı və insanların gələcəyi baxımından böyük önəm daşıyır. Sənaye, dəniz nəqliyyatı, şəhərləşmə, turizm və tullantıların boşaldılması ilə yanaşı baş verən dəniz qəzaları ilə də hər keçən gün dənizlər daha sürətlə çirklənməyə başlamışdır.
Dənizlərin istifadə sahələrindən biri, çirklilik əmələ gətirən deşarjlar üçün bir alıcı mühit olaraq istifadə edilməsidir. Bu çirklənmə dəniz sahilindəki məskunlaşma yerləri və sənayelərdən birbaşa ötürülə bildiyi kimi, axar sular, yağış suları və hava çirkliliyi ilə də daha uzaq bölgələrə daşıma yoluyla yarana bilər.